Macarıstan Çinlə nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

Macarıstan Çinlə nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
# 10 may 2024 00:11 (UTC +04:00)

Macarıstan Çinlə nüvə enerjisi sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

Budapeştdə Çin Sədri Si Cinpinlə danışıqlardan sonra çıxış edən Orban nüvə enerjisindən dinc məqsədlərlə istifadə ediləcəyini deyib.

Orban tək Çindən əlavə investisiya axınına deyil, həm də qabaqcıl texnologiyalarından istifadəyə ümid edir.

Macarıstanın lideri bildirib ki, Macarıstan 50 ildən artıqdır ki, nüvə enerjisini inkişaf etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR