Bank Of Baku

Makron Starmerlə ABŞ-ın rüsumlarına cavab tədbirlərini müzakirə edib

Makron Starmerlə ABŞ-ın rüsumlarına cavab tədbirlərini müzakirə edib
# 05 aprel 2025 23:01 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Kir Starmerlə Vaşinqtonun yeni rüsumlarına cavab tədbirlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, Makron bu haqda öz “X” hesabında məlumat verib.

“ABŞ rüsumlarının qlobal iqtisadiyyata vurduğu zərbə fonunda biz prezident Donald Trampla danışıqlarda mövqelərimizi yaxından əlaqələndirməyə hazır olduğumuzu təsdiq etdik. Ticarət müharibəsi heç bir tərəfin maraqlarına uyğun deyil”, – Makron bildirib.

Makron daha sonra Ukraynaya dəstək məsələsini də müzakirə etdiklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR