Bank Of Baku

Makron Trampın tənqidlərinə cavab verib: Fransa müharibədə iştirak etmir

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 01 aprel 2026 18:02 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın tənqidlərinə cavab verib.

Makron Tokiyoya rəsmi səfəri zamanı Yaponiya televiziyası “NHK”ya verdiyi müsahibəsində Fransa ilə müharibəyə dair məsləhətləşmə aparılmadığını bildirib.

“Tamamilə doğrudur ki, Fransa ilə heç bir məsləhətləşmə aparılmayıb və Fransa ABŞ-la İsrail tərəfindən başlanan bu hərbi əməliyyatın bir hissəsi deyil, ona görə də orada iştirak etmir”, — Makron qeyd edib.

O əlavə edib ki, bu, Fransanın müharibənin ilk günündən bəri mövqeyidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibə üçün hərbi təchizat daşıyan təyyarələrə Fransanın üzərindən uçuş qadağasını tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR