Makron ultra sağçıların yüksək postları tutacağı ilə bağlı xalqa xəbərdarlıq edib

Makron ultra sağçıların yüksək postları tutacağı ilə bağlı xalqa xəbərdarlıq edib
# 01 iyul 2024 20:30 (UTC +04:00)

Ultra sağçı partiyanın birinci olduğu növbədənkənar parlament seçkilərin birinci turundan sonra Fransa prezidenti Emmanuel Makron öz nazirlərinə və ictimaiyyətə ultra sağçı partiyanın yüksəlişi ilə bağlı xəbərdarlıq edib.

APA xəbər verir ki, ötən gün Fransada keçirilən seçkilərin birinci turundan sonra ultra sağçıların yüksəlişi xalq arasında böyük əks-səda doğurub.

Fransada ultra sağçı Milli Birlik partiyasının üstünlük əldə etdiyi seçkilərin birinci turundan sonra prezident Emmanuel Makron ultra sağçıların ölkədə ən yüksək mövqelərə çatmaq ərəfəsində olduğu barədə xəbərdarlıq edib.

Əldə olunan məlumata görə Makron seçkiləri müzakirə etmək üçün Yelisey sarayında nazirlər kabineti ilə görüşüb.

Görüş zamanı Makron nazirlərinə səhv etməməli olduqlarını, ən yüksək vəzifələrə çatmaq ərəfəsində olan şəxslərin başqası deyil, ultra sağçı partiyanın nümayəndələri olduqlarını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR