Fransa prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
APA-nın BFM TV-yə istinadla xəbərinə görə, bu barədə Ukrayna prezidenti Tvitterdə yazıb.
“Mən Fransa prezidentini hərbi əməliyyatların gedişatı barədə məlumatlandırdım. Rusiya vətəndaşlarına viza verilməsi məsələsinə də toxunduq. Zaporojye AES-dəki vəziyyətin müzakirəsinə böyük vaxt ayırdıq. Mövqeyimiz bundan ibarətdir ki, Avropanı nüvə təhlükəsindən qorumağın yeganə yolu AES-in demilitarizasiyasıdır” – deyə Zelenski qeyd edib.