Bank Of Baku

Marneulidə torpaq uçqunu nəticəsində 1 nəfər ölüb

Marneulidə torpaq uçqunu nəticəsində 1 nəfər ölüb
# 09 may 2025 17:59 (UTC +04:00)

Çavçavadze küçəsində bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Marneulidə Çavçavadze küçəsində bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, “China Group” şirkətinin iki əməkdaşı su-kanalizasiya sistemi tikintisi zamanı torpaq uçqununun altında qalıb.

Nəticədə onlardan biri həyatını itirib, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hər iki şəxsin Candar qəsəbəsinin sakinləri olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR