Bank Of Baku

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb, bəzi ərazilər boşaldılıb

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatıb, bəzi ərazilər boşaldılıb
# 03 iyul 2025 14:26 (UTC +04:00)

Türkiyədə meşə yanğınları davam edir.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, 2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir.

Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb.

Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb.

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil TuqayÇeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq deyib.

Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR