Bank Of Baku

Mütəxəssis: “Omicron ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti var”

Mütəxəssis: “Omicron ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti var”
# 15 dekabr 2021 08:22 (UTC +04:00)

“Cənubi Afrika Respublikasından (CAR) əldə edilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Omicron ştamı hazırda göründüyündən daha təhlükəli ola bilər”.

APA-nın SABC radiosuna istinadən verdiyi məlumata görə, bu fikir Yohannesburqdakı Vitvatersrand Universitetinin peyvənd mütəxəssisi Şabir Madhi bildirib.

Mütəxəssis qeyd edib ki, Omicron ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti mövcuddur: bir vəziyyət var: “CAR əhalisi artıq koronavirusun yeni variantına qarşı yüksək immunitetə malikdir. Məhz bu fenomen COVID-19-un əvvəlki dalğaları ilə müqayisədə CAR-da xəstəxanalara daha az yoluxmuş insanın daxil olmasını izah edir”.

Şabir Madhi əlavə edib ki, bu günə qədər CAR-da koronavirusa yoluxan, təxminən 6 min insan xəstəxanaya yerləşdirilib ki, bu, pandemiyanın ikinci və üçüncü dalğalarının pik nöqtəsində xəstəxanalarda olan yoluxanların üçdə birindən azdır: “Bu, cənubi afrikalıların yüksək immunitetə malik olması ilə əlaqədar ola bilər”.

Bəzi yerli elm adamları hesab edirlər ki, digər ölkələrdə Omicron ştamının yaratdığı növbəti dalğa CAR-da olduğu kimi davam etməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR