Bank Of Baku

NATO ABŞ-dan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıb

NATO-nun baş katibi Mark Rütte

© APA | NATO-nun baş katibi Mark Rütte

# 02 sentyabr 2025 15:38 (UTC +04:00)

NATO ölkələri avqust ayının əvvəlindən bəri ABŞ-dan Ukrayna üçün artıq 2 milyard dollar dəyərində silah alıblar.

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Lüksemburqda keçirdiyi mətbuat konfransında bildirib.

“NATO ölkələri ABŞ-dan Ukrayna üçün 2 milyard dollar dəyərində silah alıblar. Bu silahların arasında həm ölümcül, həm də qeyri-ölümcül növlər var”, — deyə o vurğulayıb.

Qeyd edək ki, avqust ayından işə salınmış sxemə əsasən, ABŞ öz silahlarını Kiyevə göndərir, həmin silahların tam ödənişini isə Avropa ölkələri həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR