NATO ölkələri ABŞ-ın iştirakı ilə Baltik dənizi üzərində hava qüvvələri təlimləri keçirib.
APA xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə Hollandiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-35, Polşanın F-16 və ABŞ-ın F-15-ləri iştirak edib.
"NATO ölkələri 4-cü və 5-ci nəsil qırıcılarının iştirakı ilə təlimlər keçirib. Hollandiya, Polşa və ABŞ hava qüvvələri Baltikyanı ölkələr üzərində keçirilən təlimlərdə düşmənin təhdidlərinin qarşısını almaq üçün mürəkkəb döyüş ssenariləri yerinə yetiriblər", - hesabatda deyilir.
Həmçinin qeyd olunub ki, Estoniya Silahlı Qüvvələrinin yerüstü hava dəstəyi qrupu hədəflər haqqında real vaxt rejimində məlumat verməklə təyyarələrə dəstək olub.