Bank Of Baku

NATO Baş katibi Norveç Mərkəzi Bankının sədri ola bilər

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 14 dekabr 2021 16:08 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankının sədri postuna namizədliyini irəli sürüb və bu vəzifəyə keçəcəyi təqdirdə 6 il bu postda çalışacaq.

APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq Norveçin NTB xəbər agentliyinə bildirib.

“Noyabr ayında Norveç Maliyyə Nazirliyi mənimlə əlaqə saxladı və müraciət etməyi düşünüb-düşünməyəcəyimi soruşdu. Bu, məni çox həvəsləndirən bir işdir. Mən Maliyyə Nazirliyinə açıq şəkildə bildirdim ki, bu vəzifəni tutsam, növbəti il oktyabrın 1-nə qədər Bankdakı vəzifəmi icra edə bilməyəcəyəm, çünki NATO-dakı müddətim həmin vaxt bitir”, - deyə Stoltenberq bildirib.

Mərkəzi Bank da Stoltenberqin bu vəzifə üçün müraciət etdiyini təsdiqləyib.

2011-ci ilin yanvarından vəzifədə olan Bankın hazırkı sədri Oeystein Olsen 2022-ci ilin əvvəllərində təqaüdə çıxacaq.

Norveçdən olan Yens Stoltenberq 2014-cü ildən bəri NATO-nun Baş katibidir və gələn il onun Baş katib kimi fəaliyyət müddəti başa çatır. 2022-ci ilin iyun ayında NATO-nun Madriddə keçiriləcək sammitində hərbi bloka yeni Baş katib seçiləcək.

Stoltenberq 2005-2013 və 2002-2014-cü illərdə Norveçin Baş naziri olub. O, həmçinin maliyyə naziri, sənaye və energetika naziri postlarında da çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR