Bank Of Baku

NATO Gürcüstan və Ukraynanın üzvlüyü ilə bağlı Rusiyanın etirazlarına məhəl qoymayacaq

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 16 dekabr 2021 17:11 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq alyansın Ukraynaya hərbi dəstəyinin Rusiya üçün təhlükə daşımadığını və Ukraynanın hərbi bloka üzvlüyünə 30 üzv ölkənin birgə qərar verəcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə Baş katib Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.

O, Rusiyanın etirazlarına baxmayaraq, NATO-nun genişlənəcəyini qeyd edib: “NATO genişlənmə prosesini davam etdirir. Biz artıq Rusiyanın etirazlarına baxmayaraq, Şimali Makedoniya və Çernoqoriyanı üzv qəbul etmişik”.

Y. Stoltenberq Gürcüstan və Ukraynanın gələcəkdə alyansa üzvlüyü ilə bağlı Rusiyanın etirazlarına məhəl qoyulmayacağını da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR