Nazir: Son aylarda Rusiya Ukraynanın enerji sisteminə 1 milyard dollardan çox ziyan vurub

German Qaluşenko

© APA | German Qaluşenko

# 05 may 2024 16:15 (UTC +04:00)

Son aylarda Rusiya Ukraynanın enerji sisteminə 1 milyard dollardan çox ziyan vurub.

APA-nın “online.ua”ya istinadən xəbərinə görə, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

O deyib ki, ölkə ərazisinə endirilən aviazərbələr nəticəsində istilik və su elektrik stansiyaları, eləcə də enerji paylayıcı şəbəkələr ciddi şəkildə zərər görüb.

Nazir həmçinin enerji infrastrukturuna hücumların davam etdiyini də bildirib.

G. Qaluşenkonun sözlərinə görə, ziyanın nəticələrinin aradan qaldırılmasında beynəlxalq tərəfdaşların köməyindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR