Netanyahu BCM-in həbs qərarına baxmayaraq, Macarıstana gedib

İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri Benyamin Netanyahu

# 03 aprel 2025 09:55 (UTC +04:00)

Beynəlxalq Cinayət Məhkəməsinin Benyamin Netanyahu barəsində həbs qərarı çıxarmasına baxmayaraq, İsrailin Baş naziri Macarıstana 4 günlük səfərə gedib.

APA The Times of Israel”ə istinadən xəbər verir ki, siyasi müşahidəçilər Benyamin Netanyahunun bu səfərinin Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsindəki həbs qərarından sonra ikinci xarici səfəri olduğuna diqqət çəkir.

Səfər fonunda Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə gələcək İsrailin hökumət rəhbərinin həbs olunmayacağını açıqlamışdı.

Qeyd edək ki, Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq istədiyi ilə bağlı məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR