Bank Of Baku

Norveç Ukraynanın Enerji Dəstək Fonduna əlavə 86,4 milyon avro ayırıb

Norveç Ukraynanın Enerji Dəstək Fonduna əlavə 86,4 milyon avro ayırıb
# 06 fevral 2026 05:50 (UTC +04:00)

Norveç Ukraynanın Enerji Dəstək Fonduna 86,4 milyon avro məbləğində əlavə vəsait ayırıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıhal "X" sosial şəbəkəsində yazıb

Şmıhal bildirib ki, bununla Norveçin Fonda ümumi töhfəsi 163,6 milyon avroya çatıb.

Onun sözlərinə görə, ayrılan vəsait Rusiya hücumları nəticəsində zədələnmiş mühüm enerji obyektlərinin bərpasına və sərt qış şəraitində Ukraynaya dəstəyin təmin edilməsinə yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR