Bank Of Baku

On mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib

On mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib
# 30 dekabr 2023 05:37 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10 mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib.

APA xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“...Biz daha çox məşq etdik. Almaniyada 10 min Ukrayna əsgəri var” – deyən Freydinq əlavə edib ki, yanvarın 4-də Almaniyada növbəti iki piyada batalyonunun təliminə start veriləcək.

Polşa və Almaniya da daxil olmaqla, bir sıra Aİ ölkələrində Ukrayna hərbçiləri üçün təlim missiyası 2022-ci ilin oktyabrında təsdiqlənib. Söhbət komandanlıq heyətinin hazırlanmasından, maddi-texniki təminatın təşkili, radiasiya, bakterioloji və kimyəvi mühafizənin təşkili üzrə təlimlərdən gedir. Missiyanın mandatı iki ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR