Bank Of Baku

Ötən gün Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb

Ötən gün Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb
# 01 dekabr 2024 14:27 (UTC +04:00)

Ötən gün Tbilisidə keçirilən etiraz aksiyasında xəsarət alan 44 nəfər tibb müəssislərinə yerləşdirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rustaveli prospektində keçirilən aksiyasında xəsarət almış 27 etirazçı, 1 media əməkdaşı və 16 polis tibb müəssisələrinə aparılıb.

Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, onların bəzilərinin xəstəxananı tərk etdiyi, bəzilərinin isə həkim nəzarətində saxlanıldığı qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR