Bank Of Baku

Polşa Kalininqradla sərhəddə müdafiə briqadası yaradır

Polşa Kalininqradla sərhəddə müdafiə briqadası yaradır
# 03 noyabr 2026 11:36 (UTC +04:00)

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə sərhəd müdafiə briqadası yaradacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

Bildirilib ki, bu ilin sonuna qədər 4-cü Varmiya-Masuriya Ərazi Müdafiə Briqadası sərhəd müdafiə briqadasına çevriləcək.

Briqadanın missiyasına sərhəd monitorinqi, sərhəd xidmətinə dəstək və sərhəd müdafiəsi daxil olacaq.

Briqadanın komandiri Sezar Kiszkovyakın sözlərinə görə, hazırda briqada yenidən silahlanma prosesindədir və onun iki il ərzində tam döyüş hazırlığına çatması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR