Bank Of Baku

Polşa NATO zəmanəti olmadan MiQ-29-ları Ukraynaya vermək istəmir

Polşa NATO zəmanəti olmadan MiQ-29-ları Ukraynaya vermək istəmir
# 14 noyabr 2024 00:04 (UTC +04:00)

Polşa vəd etdiyi MiQ-29 qırıcılarını NATO-dan Polşa səmasının qorunması üçün zəmanət almadan Ukraynaya verməyəcək.

APA xəbər verir ki, bu barədə ölkə başçısı Anjey Duda Varşavada Alyansın baş katibi Mark Rutte ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

“NATO-dan hava məkanının mühafizəsi ilə bağlı mütləq zəmanətimiz olana qədər biz təyyarələrimizi təhvil verə bilməyəcəyik, çünki burada təhlükəsizliyi təmin etmək üçün onlara ehtiyacımız var”, - Duda mətbuat konfransında deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR