Bank Of Baku

Polşa Rusiya ilə sərhəddə elektron çəpər çəkir

Polşa Rusiya ilə sərhəddə elektron çəpər çəkir
# 06 fevral 2023 05:24 (UTC +04:00)

Polşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron çəpər çəkməyə başlayacaq.

APA xəbər verir ki, bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya deyib.

"Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR