Polşanın Baş naziri Donald Tusk ölkə ərazisindən Ukraynaya gedən qatarların istifadə etdiyi dəmir yolu xəttinin zədələnməsinin təxribat nəticəsində baş verdiyini bildirib.
Özünün “X” hesabında bu barədə paylaşım edən Baş nazir partlayıcı qurğunun partlaması nəticəsində dəmir yolu xətti zədələndiyini qedy edib.
“Təəssüf ki, ən böyük qorxular təsdiqləndi. Varşava-Lublin marşrutu üzrə dəmir yolu xəttində sabotaj aktı baş verib. Partlayıcı qurğunun partlaması nəticəsində dəmir yolu xətti məhv olub”, - Tusk bildirib.
***
11:14
Polşadan Ukraynaya gedən qatarların istifadə etdiyi dəmir yolu xəttinin bir hissəsi zədələnib.
APA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” hesabında bildirib.
Onun sözlərinə görə, zədələnmə Mazovets vilayətində – Ukrayna sərhədindəki Dorohusk stansiyasının dəmir yolu sahəsində qeydə alınıb.
Baş nazir bildirib ki, hadisə ilə bağlı təxribat ehtimalı araşdırılır.
“İstisna etmirik ki, burada sabotaj aktı ilə qarşı-qarşıyayıq. Hadisə zamanı xəsarət alan olmayıb. Əlaqədar xidmətlər lazım olan işi yerinə yetirir”, – Tusk vurğulayıb.
Hazırda əraziyə xilasedici qruplar və təmir briqadaları cəlb olunub, dəmir yolunun bərpası istiqamətində işlər davam etdirilir.