Bank Of Baku

Rumıniya kömürlə işləyən İES-ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

Rumıniya kömürlə işləyən İES-ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər
# 12 avqust 2026 05:16 (UTC +04:00)

Rumıniya ölkənin yeganə atom elektrik stansiyası olan “Çernavoda” AES-də ikinci reaktorun da fəaliyyətinin dayandırılması ilə əlaqədar kömürlə işləyən istilik elektrik stansiyalarının bağlanmasını təxirə salmaq istəyir.

Bu barədə "Radio Romania" məlumat yayıb.

Rumıniya Energetika Nazirliyinin dövlət katibi Kristian Buşoy Avropa Komissiyasının elektrik enerjisi üzrə koordinasiya qrupunun iclasında ölkədə yaranmış mürəkkəb enerji vəziyyətindən danışıb. O bildirib ki, Rumıniya ötən cümə günü erkən xəbərdarlıq mexanizmini işə salıb, bazar ertəsi axşam isə “böhran vəziyyəti” elan edib.

Buşoy qeyd edib ki, enerji bazarının islahatı çərçivəsində “Turçeni” İES-in beşinci enerji blokunun bağlanması hazırkı vəziyyətdə problem yarada bilər. O, Avropa Komissiyasından stansiyanın dörd enerji blokunun avqustdan sonra da fəaliyyətini davam etdirməsinə razılıq verməsini istəyib.

Rumıniya rəsmisi, həmçinin qonşu ölkələrin enerji sistemlərinin imkanlarının və transsərhəd elektrik əlaqələrinin mümkün böhran zamanı ölkəyə dəstək göstərmək üçün nəzərdən keçirilməsini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR