Bank Of Baku

Rusiya Ermənistanda yerləşən avibazasındakı təyyarələri yeni qırıcılarla əvəzləyəcək

Rusiya Ermənistanda yerləşən avibazasındakı təyyarələri yeni qırıcılarla əvəzləyəcək
# 23 aprel 2019 14:36 (UTC +04:00)

Rusiyanın Ermənistanda Erebuni aerodromunda yerləşən 3624-cü aviabazasındakı MiQ-29 təyyarələri yeni çoxməqsədli Su-30 qırıcıları ilə əvəzlənəcək. ONA-nın məlumatına gör, bu barədə TASS bazadakı mənbəyə istinadən yazıb. Bildirilir ki, ümumilikdə bazaya 18 qırıcının göndərilməsi nəzərdə tutulub: “Aviabazanın təyyarələrinin Su-30 qırıcıları ilə dəyişdirilməsinə gələn ildən başlanılacaq. Təyyarələr 2020-2021-ci illərdə 2 mərhələdə daşınacaq. İçəridə olan 18 ədəd bütün MiQ-29-lar əvəzlənəcək”.

Mənbə bildirib ki, təyyarələr bazaya gətirilməyə başlayanda uçuş heyətinin bir hissəsi Lipetskdəki aviamərkəzdə təlim keçəcəklər. İkinci mərhələ tədarükdən sonra təlim aviabaza daxilində baş tutacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR