Bank Of Baku

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb
# 06 fevral 2025 17:35 (UTC +04:00)

Rusiya səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti bəyanat yayıb.

Bildirilib ki, Britaniya Rusiyanın Londondakı səfirini rusiyalı diplomatın akkreditasiyasının ləğvi üçün çağırıb.

Bunun “Rusiyanın noyabr ayında Moskvada Britaniya diplomatının akkreditasiyasını ləğv etmək barədə əsassız qərarına" cavab olduğu bildirilib.

“Rusiyanın növbəti addımı eskalasiya kimi qiymətləndiriləcək və buna müvafiq olaraq cavab veriləcək”, - bəyanatda əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR