Kanada və Avropa ölkələri yaxın iki il ərzində müdafiə ehtiyaclarına əlavə olaraq təxminən 250 milyard dollar xərcləyəcəklər.
APA xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "The Wall Street Journal" qəzetinə verdiyi müsahibə zamanı bildirib.
"Avropalılar heyrətamiz dərəcədə böyüyürlər. Ona görə də növbəti iki il ərzində Kanada və Avropadan əlavə 250 milyard dollar müdafiə xərcləri görəcəyik", - o deyib.
Ruttenin sözlərinə görə, NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitinin əsas mövzusu bir il əvvəl verilən vədlərin icrası olacaq.