Bank Of Baku

Sarkozinin növbəti məhkəməsi gələn il keçiriləcək

Fransanın sabiq prezidenti Nikola Sarkozi

© APA | Fransanın sabiq prezidenti Nikola Sarkozi

# 13 noyabr 2025 17:17 (UTC +04:00)

Fransanın sabiq Prezidenti Nikola Sarkozinin apelyasiya məhkəməsi gələn il martın 16-da keçiriləcək.

APA xəbər verir ki, bu barədə Paris məhkəməsi məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl 5 illik həbs cəzasına məhkum edilən Nikola Sarkozi məhkəmə qərarı ilə həbsxanadan buraxılıb, lakin onun ölkədən çıxışına qadağa qoyulub.

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi özünün prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyanın keçmiş lideri Müəmmar Qəddafidən külli miqdarda vəsait almaqda ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR