Şimali Makedoniya prezidenti seçkilərdə məğlub olduğunu etiraf edib

Şimali Makedoniya prezidenti seçkilərdə məğlub olduğunu etiraf edib
# 09 may 2024 07:56 (UTC +04:00)

Şimali Makedoniyanın hazırkı rəhbəri Stevo Pendarovski ölkədə davam edən seçkilərdə məğlub olduğunu etiraf edib.

APA xəbər verir ki, son məlumatlara görə, bülletenlərin 74,89%-ni emal etdikdən sonra Pendarovski cəmi 29,31%, ən böyük müxalifət partiyasından olan Daxili Makedoniya İnqilab Təşkilatının namizədi isə 64,70% səs toplayıb.

Pendarovski bildirib ki, seçkinin nəticələri ona aydındır və o, məğlubiyyətini etiraf edir. Eyni zamanda o, “Avro-Atlantik strukturlara tam inteqrasiya olunmuş çoxmillətli Makedoniya konsepsiyası”nın seçicilərdən dəstək almamasından təəssüfləndiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR