Bank Of Baku

Sloveniya ABŞ silahlarının alınması üçün Ukraynaya vəsait ayırıb

Sloveniya ABŞ silahlarının alınması üçün Ukraynaya vəsait ayırıb
# 14 oktyabr 2025 07:46 (UTC +04:00)

Sloveniya NATO ölkələrinin Ukraynaya yardım məqsədilə ABŞ silahlarının alınmasına maliyyə dəstəyi göstərdiyi PURL təşəbbüsünə qoşulub.

APA "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Sloveniya Baş naziri Robert Golob NATO Baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Məbləği açıqlaya bilmirəm, çünki bu, gizlidir. Hazırda mənim onu açıqlamaq səlahiyyətim yoxdur, amma bu vəsait 2025-ci ilin müdafiə büdcəsində nəzərdə tutulub, yəni əlavə xərclər olmayacaq", - Baş nazir qeyd edib.

Golob əlavə edib ki, bu yardım paketi yalnız müdafiə xarakterli silahları əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR