Bank Of Baku

Sloveniya və Əlcəzairdə ilk dəfə Omicron ştamı aşkarlanıb

Sloveniya və Əlcəzairdə ilk dəfə Omicron ştamı aşkarlanıb
# 15 dekabr 2021 00:16 (UTC +04:00)

Sloveniyada ilk dəfə olaraq 4 nəfərdə COVID-19-un Omicron ştamı aşkar edilib.

APA xəbər verir ki, bu barədə Sloveniyanın Milli Mikrobiologiya və İmmunologiya İnstitutunun rəhbəri Miroslav Petrovets hökumətin “Twitter” hesabında bildirib.

Qeyd olunub ki, hər dörd hadisə Lyublyana və mərkəzi Sloveniyada aşkar edilib. Omicron ştamı noyabrın 29-dan dekabrın 6-dək götürülmüş test analizlərində qeydə alınıb.

Miroslav Petrovets qarşıda çətin bir zaman olduğunu deyərək, həmvətənlərini peyvənd olunmağa çağırıb.

Əlcəzairdə də ilk dəfə Omicron ştamı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, dekabrın 10-da hava limanına gələn əcnəbidə qan analizləri götürülərkən Omicron ştamı aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR