Bank Of Baku

Şri-Lanka müdafiə nazirinin katibi istefa verib

Şri-Lanka müdafiə nazirinin katibi istefa verib
# 25 aprel 2019 17:49 (UTC +04:00)

Şri-Lanka müdafiə nazirinin katibi Hemasiri Fernando istefa verib.

ONA TASS-a istinadən xəbər verir ki, istefaya onun ünvanına ictimaiyyət və ölkə rəhbərliyi tərəfindən səsləndirilən tənqidlərin səbəb olduğu deyilir.

Bildirilir ki, bundan əvvəl Şri-Lanka prezidenti Maytripala Sirisena Hemasiri Fernandodan tutduğu vəzifəni öz istəyi ilə tərk etməsini xahiş etmişdi. 

Bəzi Şri-Lanka mediasının yaydığı məlumata əsasən hazırlanan hücumlar haqqında hökumətin öncədən məlumatlandırılmasına baxmayaraq H.Fernando bunun qarşısını ala bilməyib.  

Qeyd edək ki, Şri-Lankada müdafiə naziri vəzifəsini ölkə prezidenti daşıyır. 

Aprelin 21-də Şri-Lankada 8 terror hücumu olub. Nəticədə 359 nəfər həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR