Bank Of Baku

Şri-Lankada niqab taxmaq qadağan edilib

Şri-Lankada niqab taxmaq qadağan edilib
# 29 aprel 2019 16:13 (UTC +04:00)

Şri-Lanka hökuməti niqab və təhlükəsizlik üçün risk yaradan, üzü bağlayan və vətəndaşların kimliyinin üzə çıxarılmasına mane olan geyimləri qadağan edib.

ONA “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Prezident Aparatının bəyanatında deyilir.

Qərar ötən həftə Nazirlərin Şurası tərəfindən müzakirə edilib. Niqab taxmaq qadağası bu gündən etibarən qüvvəyə minir.

Qeyd edək ki, qərar son günlərdə Şri-Lankada törədilən silsilə terror hücumlarından sonra təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR