Stoltenberq: NATO Ukraynaya qoşun göndərməyəcək

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 09 may 2024 12:16 (UTC +04:00)

NATO Ukraynaya qoşun göndərməyəcək və Kiyev də bunu istəməyib.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq İtaliya mətbuatına açıqlamasında deyib.

Stoltenberqin sözlərinə görə, alyans müharibə vəziyyətində olan Ukraynaya ordu göndərməyəcək:

"NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur. Keçən həftə Ukraynada səfərdə idim, onlar bunu xahiş etmədi, ukraynalılar NATO əsgərlərinin gəlməsini xahiş etmədilər. Onların (Ukrayna - red.) istədikləri sadəcə daha çox yardımdır", - hərbi alyansın Baş katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR