Böyük Britaniya Türkiyəyə əlindən gələn hər cür yardımı göstərməyə hazırdır.
APA-nın London müxbiri xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak “Twitter” səhifəsində yazıb.
O, düşüncələrinin Türkiyə xalqının yanında olduğunu bildirib.
“Düşüncələrim həm də zəlzələdə zərərçəkənləri xilas etmək üçün cəsarətlə çalışan xilasedicilərlədir. Böyük Britaniya Türkiyəyə əlindən gələn hər cür kömək etməyə hazırdır”, - Baş nazir qeyd edib.