Bank Of Baku

Trampın müşaviri Uitkoff Putinin tərəfinə keçib - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 17 aprel 2025 22:01 (UTC +04:00)

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ətrafında gedən müharibə məsələsində Rusiya tərəfinin strategiyasını qəbul edib.

APA "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

Zelenski qeyd edib ki, Uitkoffun Ukraynanın əraziləri ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur:

"Çünki bu torpaqlar bizimdir, Ukrayna xalqına məxsusdur və təkcə bizə yox, həm də gələcək ukraynalılara. Bütün bu iddiaları cənab Putinin sayıqlamaları kimi qəbul edirik. Mən düşünməzdim ki, onun bu cür narrativləri digər ölkələrdə yaymağa davam edən nümayəndələri var. Buna görə də bu məsələyə ciddi yanaşmıram", – deyə Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR