Bank Of Baku

Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib - VİDEO

Sərdar Kılıç

© APA | Sərdar Kılıç

# 15 dekabr 2021 22:08 (UTC +04:00)

Türkiyənin ABŞ-da səfiri olmuş Sərdar Kılıç Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar üçün xüsusi nümayəndə təyin olunub.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə Xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, Sərdar Kılıç 1958-ci ildə Samsunda anadan olub.

O, 1980-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1984-cü ildən diplomatik xidmətdədir.

Serdar Kılıç müxtəlif illərdə Türkiyənin Livan (2008-2010), Yaponiya (2012-2014) və ABŞ-da (2014-2021) səfiri kimi çalışıb. Diplomat həmçinin 2012-2014-cü illərdə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi postunda çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR