Bank Of Baku

Türkiyə İraqın 3 şəhərində konsulluq açacaq

Türkiyə İraqın 3 şəhərində konsulluq açacaq
# 28 aprel 2019 14:18 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa səfər edəcək.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu İraqda səfərdə olann Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu bildirib.

M. Çavuşolğu İraq xarici işlər naziri Məmməd Əli əl-Həkimlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, səfər bu ilin sonlarında baş tutacaq. R. T. Ərdoğan 4-cü  İraq-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İclasına iştirak edəcək.

M. Çavuşoğlu qeyd edib ki, İraq hakimiyyəti Türkiyənin Bəsrə və Mosulda bağlanmış konsulluqlarının açılmasına razılıq verilib. O cümlədən İraq hakimiyyəti Türkiyənin Nəcəfdə konsulluq açmasına dair müraciətinə müsbət yanaşıb.

M. Çavuşoğlu Türkiyənin Kərkükdə də konsulluq açmaq istədiyini və bu yöndə işlərin davam etdirildiyini nəzərə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR