Bank Of Baku

Türkiyə ordusu PKK-ya qarşı əməliyyat keçirib

Türkiyə ordusu PKK-ya qarşı əməliyyat keçirib
# 10 mart 2019 21:54 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirib.

ONA-nın xəbərinə görə, bu haqda  Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb. 

Dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.

Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub.

Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR