Bank Of Baku

Türkiyə XİN Qara dənizdə mülki gəmilərə dron hücumu ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Qara dənizdə mülki gəmilərə dron hücumu ilə bağlı bəyanat yayıb
# 04 avqust 2026 13:44 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyəyə məxsus mülki gəmilərə edilən dron hücumu ilə bağlı bəyanat yayıb.

APA-nın Türkiyə bürosunun məlumayına görə, bəyanatda bildirib ki, Türkiyə sahibkarlarına məxsus “Yaşar” və “Nadezhda” adlı mülki gəmilər avqustun 3-də Novorossiysk limanını tərk etdikdən sonra dron hücumuna məruz qalıb.

Hücum nəticəsində Türkiyə vətəndaşlarının da olduğu bir qrup ekipaj üzvü yaralanıb. Nazirlik onların vəziyyətinin yaxından izlənildiyini bildirib.

Nazirlik, Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tərəfləri təcili tədbirlər görməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR