Bank Of Baku

Türkiyədə daha 195 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 195 nəfər koronavirusdan vəfat edib
# 09 dekabr 2021 23:56 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 195 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 350 522 nəfərin test edildiyi, 19 696 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 27 263 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 394 026 peyvənd tətbiq edilib ki, bunun 90,97 faizi birinci, 81,88 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR