Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 422 nəfər test edilib, onların 28 193-nün koronavirus testi pozitiv nəticə verib, 32 201 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 117 223 420 peyvənd tətbiq edilib ki, bunun 79,12 faizi birinci, 79,12 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.