Bank Of Baku

Türkiyədə Prezident Administrasiyasının 2 təyyarəsi zəlzələ bölgəsi üçün ayrılıb

Türkiyədə Prezident Administrasiyasının 2 təyyarəsi zəlzələ bölgəsi üçün ayrılıb
# 07 fevral 2023 17:55 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində axtarış-xilasetmə və tibb işçilərinin daşınması üçün Prezident Administrasiyasına məxsus 2 təyyarə ayrılıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, təyyarələr artıq zəlzələ bölgəsinə göndərilib.

Onlardan biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətində hərəkət edib.

Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR