Türkiyədə Van bölgəsinin Tuşba rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 00:46-da (Bakı vaxtı ilə 01:46), yerin 7,62 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.