Türkiyədə baş verən zəlzələdə ölənlər barədə ilkin məlumatlar daxil olur.
APA-nın “Hürriyyet”ə istinadla xəbərinə görə, Osmaniyədə 34 bina dağılıb, azı 5 nəfər həlak olub.
Şanlıurfada ölənlərin sayı 15 nəfəri keçib, azı 30 adam xəsarət alıb.
Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olacağını bildirib. Çukurovada 3 bina tamamilə dağılıb.
Səhiyyə naziri Fəxrəddin Qoca xilasedicilərin yaralıları dağıntılar altından çıxardıqlarını bildirib.