Bank Of Baku

Tusk: ABŞ müharibə başa çatdıqdan sonra Ukraynaya qoşun yerləşdirməyə hazırdır

Polşa Baş naziri Donald Tusk

© APA | Polşa Baş naziri Donald Tusk

# 30 dekabr 2025 18:32 (UTC +04:00)

Polşa Baş naziri Donald Tusk Ukrayna üçün təhlükəsizlik zəmanəti olaraq ABŞ hərbi qüvvələrinin bu ölkəyə yerləşdiriləcəyini deyib.

APA-nın “Unian”a istinadən xəbərinə görə, Tusk bildirib ki, ABŞ sülh razılaşmasının imzalanmasından sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq öz qoşunlarını bu ölkəyə yerləşdirməyə razılıq verib.

“Məsələn, Rusiya-Ukrayna təmas xətti boyu və ya sərhədboyu ərazilərdə ABŞ hərbi birləşmələri yerləşdirilə bilər. ABŞ tərəfindən bu birmənalı bəyanatlar sadəcə məsələnin birinci hissəsidir. Biz Atlantikin o tayındakı tərəfdaşlarımızın nə qədər davamlı mövqe sərgiləyəcəklərini görəcəyik, amma bu bizə danışıqların uğurlu olacağı ilə bağlı ümid verir”, - Polşa Baş naziri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR