Bank Of Baku

Ukrayna əhalisinin yarısından çoxu müharibənin istənilən halda bitməsini istəyir - SORĞU

Ukrayna əhalisinin yarısından çoxu müharibənin istənilən halda bitməsini istəyir - SORĞU
# 22 avqust 2025 14:50 (UTC +04:00)

Ukraynalıların əksəriyyəti müharibənin nə bahasına olursa olsun bitməsini istəyir.

APA xəbər verir ki, bu İlko Kuçeriv Demokratik Təşəbbüs Fondunun keçirdiyi sorğu əsasında məlum olub.

Sorğunun nəticələrinə görə, Ukrayna xalqının 73%-i Ukraynanın qələbəsinə inanır.

Müharibənin nəyin bahasına olursa olsun yaxın gələcəkdə bitməsini dəstəkləyənlər isə 55% təşkil edir.

Qeyd olunub ki, bu rəqəm 2024-cü ilə nisbətdə artıb.

Müharibənin başlanğıcında isə əhalinin 91.5%- qələbəyə inanırdı.

Qələbənin əsas göstəricilərinin nə olduğu sualına isə respondentlərin cavab nisbəti belədir:

Bütün ukraynalı əsirlərin, deportasiya edilənlərin və qaçırılanların qaytarılması-37%

Ukraynaya raket hücumlarının dayandırılması-30%

1991-ci ildə nəzərdə tutulmuş sərhədlər daxilində Ukrayna ərazilərinin azad edilməsi-27%

Putinin hakimiyyətdən getməsi-23%

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR