Bank Of Baku

Ukrayna Sovet kəşflərinin sirr saxlanılmasına dair sazişdən çıxmaqla bağlı qərar qəbul edib

Ukrayna Sovet kəşflərinin sirr saxlanılmasına dair sazişdən çıxmaqla bağlı qərar qəbul edib
# 24 aprel 2019 15:55 (UTC +04:00)

Ukrayna hökuməti kəşflərin hüquqi müdafiəsi sahəsində dövlətlərarası sirlərin qarşılıqlı qorunub-saxlanılmasının təminatına dair sazişdən çıxmaqla bağlı qərar qəbul edib. 

ONA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, sazişdən çıxmaq təşəbbüsü müzakirəsiz qəbul edilib.

Qeyd edək ki, məlum saziş 1999-cu il iyunun 4-də Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. Sazişə əsasən, tərəflər Sovet kəşflərinin sirr saxlanılmasını təmin etməlidir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR