Bank Of Baku

Ukrayna SQ: Terror təhlükəsi ilə bağlı hava məkanına nəzarət davam etdiriləcək

Ukrayna SQ: Terror təhlükəsi ilə bağlı hava məkanına nəzarət davam etdiriləcək
# 24 yanvar 2024 19:57 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarəti davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.

Qeyd edilib ki, Ukrayna SQ raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edir. Bundan sonra da Rusiyanın raket buraxılış məntəqələri və təchizat logistikası, xüsusilə hərbi nəqliyyat təyyarələrinin istifadəsi ətraflı şəkildə izləniləcək.


Vurğulanıb ki, Ukrayna SQ terror təhlükəsinin aradan qaldırılması, o cümlədən Belqorod-Xarkov istiqamətində çatdırılma maşınlarının məhv edilməsi və hava məkanına nəzarət tədbirlərini davam etdirəcək.


Xatırladaq ki, Belqorod vilayətinin Koroçanski rayonunda Rusiyanın “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 74 nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR