Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili görüşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
Praqda Aİ XİN başçılarının qeyri-formal iclası çərçivəsində baş tutan görüşdə Ukrayna-Gürcüstan münasibətləri, "Şərq tərəfdaşlığı"nın gələcəyi müzakirə olunub.