Bank Of Baku

Ursula fon der Leyen: Aİ ilə ABŞ arasında münasibətlərdə qeyri-müəyyənlik artır

Ursula fon der Leyen: Aİ ilə ABŞ arasında münasibətlərdə qeyri-müəyyənlik artır
# 10 fevral 2025 04:47 (UTC +04:00)

ABŞ və Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə qeyri-müəyyənlik artır.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

Lakin onun sözlərinə görə, Brüssel hər şeyə baxmayaraq, potensial çağırışlara hazırdır və yaranmış şəraitdə konstruktiv dialoq aparacaq.

“Bizim çoxdankı müttəfiqimiz ABŞ yeni gündəm müəyyən edib. Avropa artan qeyri-müəyyənlik kontekstində ABŞ ilə möhkəm, lakin konstruktiv dialoqa hazırdır. Biz potensial çağırışlardan xəbərdarıq, lakin buna hazırıq”, – diplomat Litvada keçirdiyi mətbuat konfransı zamanı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR