Bank Of Baku

ÜST baş direktoru meymunçiçəyi virusu ilə bağlı fövqəladə komitə yaratmağı düşünür

ÜST baş direktoru meymunçiçəyi virusu ilə bağlı fövqəladə komitə yaratmağı düşünür
# 17 avqust 2024 06:57 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ötən bazar günü Afrikada artan meymunçiçəyi epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı məsləhətıəşmək üçün ekspertlər komitəsi yaratmağı düşündüyünü açıqlayıb.

APA xəbər verir ki, ötən ilin sentyabr ayından bəri Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində virusun yeni aşkar edilmiş variantı səbəbilə yoluxma halları artıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreisus BMT-nin səhiyyə agentliyinin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin, yerli hökumətlərin və digər tərəfdaşların epidemiyaya qarşı cavab tədbirlərini gücləndirdiyini bildirib.

O, həmçinin, epidemiya səbəbilə fövqaladə vəziyyət elan edilib-edilməyəcəyi ilə bağlı suala cavab almaq üçün ona məsləhət verəcək fövqəladə komitə yaratmağı düşündüyünü deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR